“Dəniz” uşaq bağçası

  • Home
  • /
  • “Dəniz” uşaq bağçası

Dəniz” uşaq bağçası.

Məqsədimiz

Bağçamızın məqsədi uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və dünyagörüşlü gələcək nəsil yetişdirməyə çalışmaqdır.

Prinsipimiz

Bağçamız öz fəaliyyətində müasir məktəbəqədər təhsil metodlarını tətbiq edərək, hər bir uşağın fiziki və əqli xüsusiyyətlərinə fərdi yanaşaraq onların inkişafını təmin edir. Bağçada Azərbaycan, rus və ingilis tədris qrupları vardır. Bağçada məşğələlər 12-15 nəfərlik qruplarda keçirilir. Qruplarda uşaqlarla işi tərbiyəçi, tərbiyəçi köməkçisi və dayə həyata keçirir. Bağçada uşaq psixoloqu (aqressivlik, qorxu, diqqətsizlik, stress və s. psixoloji probləmlərin həlli) və loqoped (nitq qüsurlarının aradan qaldırılması) xidmətləri də mövcuddur. Bağçada online izləmə vardır. Biz uşaqlarla özlərini tanımaq,problemlərini ifadə etmək və əylənərək öyrənmək imkanı yaradırıq. Bağçada məktəbə hazırlıq proqramı tətbiq edilir. Proqrama daxildir: Oxu, yazı, məntiq, say, riyaziyyat və davranış qaydaları. İnkişaf Etdirici Proqram. Proqrama daxildir: Rəsm, musiqi, rəqs, əl işi, dünyanı tanıtım, gimnastika, təbiətşünaslıq məşğələləri Xarici dil Proqramı. Proqrama daxildir: İngilis, rus dili məşğələləri, danışıq klubu və teatr məşğələsi. Bununla yanaşı hər gün gəzinti, film və nağıl saatı da təşkil edilir. Həmçinin şənbə və bazar günləri bağçada müxtəlif kurslar və şənliklər təşkil edilir. Bağçada qidalanma 5 dəfə müəyyən olunub. Ətraflı məlumat üçün bağça rəhbərliyi ilə əlaqə saxlayın.

Bağçanın iş qrafiki: Bağça həftənin 5 iş günü saat 08:00-dan 18:00-dək fəaliyyət göstərir.

Ünvan:Məhəmməd Hadi küç.7