Firma haqqında

  • Home
  • /
  • Firma haqqında

Firma haqqında


Müstəqillik qazanan Azərbaycanın tərəqqi yoluna qədəm qoyması bir çox sahələrlə yanaşı sahibkarlıq fəaliyyətinin də inkişafına şərait yaratdı. İlk dövrlərdə ictimai – siyasi sabitliyin davamlı olmaması sahibkarlıq fəaliyyətinə müəyyən maneçiliklər törədirdisə, 1993-cü ildə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev cənablarının hakimiyyətə qayıdışı tez bir zamanda özünün müsbət təsirini göstərdi. Bərpa olunan ictimai-siyasi sabitlik, dövlətçiliyimizin möhkəmləndirilməsi yönümündə yürüdülən məqsədyönlü daxili və xarici siyasət, uzaqgörən fərdi yanaşma qabiliyyəti digər sahələr kimi sahibkarlıq sektorunun da sürətlə inkişafına təkan verdi.

Ulu Öndər özəl sektorun ictimai-siyasi həyatdakı mövqeyini yüksək qiymətləndirdi və bu sahənin potensial imkanlarının inkişafı üçün iş adamlarına lazım olan şəraiti yaratmağa nail oldu.Hazırda ölkəmizin biznes həyatında önəmli rolu olan bir çox böyük şirkət və firmaların yaranmasının da bu dövrdə reallaşması heç də təsadüfi deyildir.

Bu gün dövlətimizin yenidənqurma və tikinti sektorunda xüsusi çəkisi olan “Minera MMC” 16 dekabr 1996-cı ildə “İlandağ-SA” adi ilə Rzayev Xudu Əhət oğlu tərəfindən təsis edilmişdir. Sonradan şirkətin fəaliyyət sahələrinin genişləndirilməsi nəticəsində Minera Şirkətlər Qrupu adı altında fəaliyyət göstərməyə başlandı.

Minera Şirkətlər Qrupu – Azərbaycanın tikinti və sənaye sahəsində qabaqcıl mövqe tutan, dinamik və sürətlə inkişaf edən bir şirkətdir. Şirkətimizin əsas fəaliyyət sahələrinə tikinti materiallarının istehsalı və satışından başlanmış, infrastruktur layihələrinin hazırlanması və həyata keçirilməsi, layihələrin işlənib hazırlanması, ictimai və şəxsi obyektlərin, ofislərin, mənzillərin tikintisi və əsaslı təmiri, dizayn, memarlıq və s. kimi xidmətləri özündə birləşdirir.

Şirkətimizdə aparıcı mütəxəssislərin və işçi qrupunun fəaliyyət göstərməsi bizə bir sıra layihələrin birbaşa icra olunmasına və təhvil verilməsinə imkan yaradır. Məhz bunun nəticəsidir ki, böyük önəm kəsb edən bir sıra dövlət sifarişli layihələr birbaşa Minera Şirkətlər Qrupu tərəfindən həyata keçirilir.Minera Şirkətlər Qrupu yalnız tikinti sahəsində deyil eyni zamanda köhnə tikililərin yenidən bərpası, üzlənilməsi və əsaslı təmiri xidmətlərinidə həyata keçirir. Görülən bütün işlərə – istifadə olunan ləvazimatlara, işçi qrupunun məsuliyyətinə və görülən işin keyfiyyətinə məhz şirkət tərəfindən tam zəmanət verilir.

Fəaliyyət göstərdiyimiz ilk gündən bəri daim etibarlılıq, ardıcıllılıq və vicdanlılıq prinsipini əsas tutaraq irəliləyirik və artıq 18 ildir ki bir sıra böyük uğurlara nail olmuşuq. Ən əsası kim olduğumuzu və doğru bir istiqamətdə irəlilədiyimizi bilirik.

Minera Şirkətlər Qrupu – əməkdaşlarımızın və tərəfdaşlarımızın məmnuniyyətini qazanmaqla, beynəlxalq keyfiyyət standartlarına uyğun məhsul və xidmətlər təklif etməyi hədəfləyir.