Haqqında

Rzayev Xudu Əhəd oğlu.


Rzayev Xudu Əhəd oğlu 1962-ci il yanvar ayının 30–da Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur.

Kalinin adına Leninqrad Politexnik İnstitutunu və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Sankt-Peterburq şəhərində “Avrora” EİB-də usta, sonralar isə növbə rəisi, “20-ci paralel” müəssisəsində kommersiya direktoru işləmişdir.

1994-1996-cı illərdə “Şumer” firmasında kommersiya direktoru vəzifəsində çalışmışdır.

1996-cı ildə İlandağ-SA şirkətini təsis etmişdir.

Sonradan 2007-ci ildə “Baytaş-Bakı”, 2001-ci ildə Qaranti İnşaat, 2010-cu ildə “Dəniz” Bağça və 2011-ci ildə “Evrika” liseyi müəssisələrini təsis etmişdir.

2012-ci ildə firmaların çox illik fəaliyyətlərini ümumiləşdirərək yeni “Minera” MMC şirkətini təsis etmiş və təsisçisi olduğu digər təşkilatların fəaliyyətini“Minera” şirkətlər qrupu adı altında inkişaf etdirir.

Xudu Rzayev geniş əhatəli ictimaiyyət tərəfindən nüfuzlu iş adamı olmaqla yanaşı həm də əməlləri ilə yadda qalan bir xeyriyyəçi kimi tanınmaqdadır. Onlarla faktlar Xudu Rzayevin dövlətçiliyimizə sadiq, millətinə və xalqına vurğun olan böyük mənəvi dəyərlərə malik bir insan oldugunu sübut edir.