Istehsal

Minera – Baytaş AZS, TSE standartlarına uyğun və İSO keyfiyyəti ilə alçıpan və PVC profilləri və aksesuarlarının istehsalı və müasir bazar iqtisadiyyatı şəraitinə uyğun qiymətlərlə satışı ilə məşğuldur.

Profil və aksesuarlar bazar tələblərinə uyğun olaraq 0.4 – 1 mm qalınlıqda dəyişir. Özəl sifarişlər olduqda profillərin uzunluq və qalınlıqları proyektə uyğun hazırlanıb təhvil verilir.

Tavan və divar profilləri dünya standartlarına uyğun istehsal olunur.

Bakı şəhəri daxilində daşınma Minera – Baytaşa aiddir.

İstehsalda Türkiyənin “Tatmetal”, “Tezcan”, “Assan” və Qazaxıstanın “ArcelorMittal” şirkətlərindən gətirilən xammal istifadə olunur.

Minera – Baytaş əsası 1996-cı ildə qoyulan İlandağ-SA, hal hazırda Minera adı ilə fəaliyyət göstərən şirkətlər qrupunun bir bölməsidir. Minera şirkəti bu gün ölkəmizin tikinti, təmir, istehsal, təhsil və xidmət sektorlarında fəaliyyət göstərən nüfuzlu bir şirkət kimi tanınmaqdadır.