Minera Lak boya materialları

  • Home
  • /
  • Minera Lak boya materialları

1. İNTERYER BOYALARI

Bina və qurğuların kərpic, beton, suvaq və gips materiallarından olan daxili divarlarının rənglənməsində istifadə olunur. Boya vurulan səth çirkdən, yaglardan və kazein tərkibli boyalardan təmizlənmış vəziyyətdə olmalıdır. Boyanı nəm suvağın üzərinə vurmaq məsləhət görülmür. Hamar səthlər abraziv materiallarla əvvəlcədən təmizləndikdən sonra su ilə yuyulmalıdır. İstifadədən əvvəl boyanı qarışdırmalı, lazım olduqda isə su əlavə edilməlidir (boyanın miqdarından 3%-dan çox olmamaq şərti ilə). Boyaya piqment pastalarla istənilən rəngi vermək olar. Boyanın sərfiyyatı: iki qat vurulduqda 1 kv. m-ə boyanın sərfi 250-300 qram təşkil edir.

2. FASAD BOYALARI

Bina və qurğuların kərpic, beton, suvaq, ağac və digər məsaməli materiallardan olan xarici divarlarının rənglənməsində istifadə olunur. Boya vurulan səth çirkdən, yaglardan və kazein tərkibli boyalardan təmizlənmış vəziyyətdə olmalıdır. Boyanı nəm suvağın üzərinə vurmaq məsləhət görülmür. Hamar səthlər abraziv materiallarla əvvəlcədən təmizləndikdən sonra su ilə yuyulmalıdır. İstifadədən əvvəl boyanı qarışdırmalı, lazım olduqda isə su əlavə edilməlidir (boyanın miqdarından 3%-dan çox olmamaq şərti ilə). Boyaya piqment pastalarla istənilən rəngi vermək olar. Boyanın sərfiyyatı: iki qat vurulduqda 1 kv. m-ə boyanın sərfi 250-300 qram təşkil edir.

3. ASTAR BOYA (QRUNTOVKA)

Hiqroskopik suvaqların, məsaməli və güclü hopduran əsasların hazırlanmasında və möhkəmləməsində istifadə olunur. Boyalarla, yağlarla, skipidarla birgə qarışdırmaq olmaz. Təmiz və tökülməyən əsaslara istifadə edilməli. Güclü hopduran əsaslara iki qat vurulmalı. Quruma müddəti ətraf mühitin temperaturundan və rütubətindən asılıdir və normal şəraitdə 1 saata qədər təşkil edir. Bir qat vurulduqda sərfiyyatı 1 kv. m-ə 150 qram təşkil edir.

4. BİNDER

Akril əsaslı, suda həll olunmuş hər növ səthlər üçün astar boyadır. Səthə yapışma gücü yüksəkdir. Su itələyici xüsusiyyətə malikdir. Səthin hopuculuğunu azaldaraq boya sərfini azaldır. Hər növ daxili və xarici səthlərdə astar rolunu oynaya bilir. Quruma müddəti 2-3 saat.

5. MƏCUN

Binaların fasadlarının və interyerlərin səthlərinin əyrilik və çatlaq olan yerlərinin düzəldilməsində su əsaslı dispers boya materialların istifadəsindən əvvəl xarici və daxili işlərin yerinə yetirilməsində istifadə olunur. Akrilik əsaslı, rahat tətbiq edilə bilən, tez quruyan, xarici hava şərtlərinə dözümlü, divarın tənəffüsünə mane olmayan, yanğına və partlamaya qarşı təhlükəsiz və tərkibində toksik maddə olmayan məcundur. Məcunun istifadəsi havanın temperaturu +8° C-dən az olmayan hallarda mümkündür. Tək qatda səthdən asılı olaraq 1-2 kq ilə 1 m² sahə məcunlanır.

6. TUTKAL (PVA)

Kağız, karton, dəri, parça və ağaç materiallarından olan məmulatların yapışdırılmasında tətbiq olunur. Həmçinin beton, suvaq və digər gips tərkibli inşaat materiallarının möhkəmliyinın və su buraxmamaq qabilliyətinin artırılması məqsədilə də istifadə edilə bilər. İstifadə etməkdən əvvəl tam qarışdırmaq, yapışdırılan səthləri toz və çirklərdən təmizləmək, yapışdırılan səthlərdən birinin üzərinə tutkalı nazik layla çəkmək və bir birinin üzərini birləşdirərək sıxmaq lazımdır. Səthin quruluşundan asılı olaraq 200 qram 1 m² sahəyə çəkilir.