Minera Quru inşaat qarışıqları

  • Home
  • /
  • Minera Quru inşaat qarışıqları

1. YAPIŞDIRICILAR

Keramika yapışdırıcısı (boz)


Binaların daxilində və xaricində quru və nəm yerlərdə əsası beton, kərpic və suvaq olan divar və döşəmələrin keramika ilə üzlənməsində istifadə olunur. Boz rəngli yapışdırıcı sement, fraksiyalara ayrılmış qum və kimyəvi əlavələrin qarışığıdır. Qarışıqların fraksiyasının maksimum həddi - 0,5 mm, işləmək qabiliyyəti minimum 4 saat, qopartmada möhkəmlik həddi min 0,75 MPа, sıxılmada möhkəmlik həddi min 10 MPа, qatın qalınlığı – 2-6 mm, yapışdırıcının sərfi – 1-3 kq/m2.

Mərmər və qranit yapışdırıcısı (bəyaz)


Binaların daxilində və xaricində quru və nəm yerlərdə əsası beton, kərpic və suvaq olan divar və döşəmələrin mərmər və qranitlə üzlənməsində istifadə olunur. Bəyaz rəngli yapışdırıcı ağ sement, fraksiyalara ayrılmış mərmər qumu və kimyəvi əlavələrin qarışığıdır. Qarışıqların fraksiyasının maksimum həddi - 0,5 mm, işləmək qabiliyyəti minimum 4 saat, qopartmada möhkəmlik həddi min 1 MPа, sıxılmada möhkəmlik həddi min 15 MPа, qatın qalınlığı – 2-6 mm, yapışdırıcının sərfi – 1-3 kq/m2.

Aralıq doldurma qarışığı (bəyaz)

Binaların daxilində və xaricində istismar şəraitindən asılı olmayaraq keramik plitələrin, mərmər, qranit, təbii və süni daşların aralıq doldurulmasında istifadə olunur. Bəyaz rəngli aralıq doldurma qarışığı ağ sement, fraksiyalara ayrılmış doldurucu və kimyəvi əlavələrin qarışığıdır. Doldurma qarışığının fraksiyasının maksimum həddi - 100 mkm, işləmək qabiliyyəti minimum 2 saat, sərfi isə aralığ doldurmasının enindən və plitələrin ölçüsündən və qalınlığından asılı olaraq 0,7-1,5 kq/m2 təşkil edir.

2. SUVAQLAR

Gips əsaslı suvaq (bəyaz)


Bina daxili inşaat konstruksiyalarının səthlərinin (o cümlədən kərpic, mişar daşı, beton, alçipan və s.) yüksək texnoloji tələblərə cavab verən keyfiyyətli suvanmasında istifadə olunur. İstisna olmaqla suvağı divara 2 dəfəyə də vurmaq olar. Birinci qat bərkiyən kimi ikinci qat vurulmalıdır. Bəyaz rəngli suvaq gips, fraksiyalara ayrılmış mineral dolduruçu və kimyəvi əlavələrin qarışığıdır. Qarışıqların fraksiyalarının maksimum həddi – 0,63 mm, işləmək qabiliyyəti 40 dəqiqə, sıxılmada möhkəmlik həddi minimum 5 MPа, qopartmada möhkəmlik həddi min 1,5 MPа, qatın qalınlığı – 5-30 mm, 1 mm-lik qatın sərfi isə 0,8 kq/m2.

Səs kecirməyən suvaq (bəyaz)


Bina daxili inşaat konstruksiyalarının səthlərinin səs keçirməmək məqsədilə (o cümlədən kərpic, mişar daşı, beton, alçipan və s.) yüksək texnoloji tələblərə cavab verən keyfiyyətli suvanmasında istifadə olunur (ənənəvi sement-qum suvağı əvəzi). Bəyaz rəngli suvaq gips, fraksiyalara ayrılmış mineral dolduruçular (mərmər qumu və perlit) və kimyəvi əlavələrin qarışığıdır. Qarışıqların fraksiyalarının maksimum həddi – 1 mm, işləmək qabiliyyəti 40 dəqiqə, sıxılmada möhkəmlik həddi min 4,5 MPа, qopartmada möhkəmlik həddi min 1,5 MPа, qatın qalınlığı – 5-30 mm, 1 mm-lik qatın sərfi isə 0,8 kq/m2, səsudma əmsalı 0,27-0,37.

İstilik saxlayan suvaq (boz)


İnşaat konstruksiyalarının səthlərinin yüksək texnoloji tələblərə cavab verən keyfiyyətli suvanmasında istifadə olunur. Bu suvaq yüngül və ya “isti” suvaqlara aiddir. 2,5 sm qalınlıqda suvaq 10-15 sm qalınlıqda adi sement-qum suvağını əvəz edir. 3 sm qalınlıqda divara vurulduqda kərpic divarların enini 25% azaldmaq olar. Boz rəngli suvaq sement, fraksiyalara ayrılmış mineral doldurucular (qum və perlit) və kimyəvi əlavələrin qarışığıdır. Qarışığın fraksiyalarının maksimum həddi – 0,63 mm, işləmək qabiliyyəti 2 saat, sıxılmada möhkəmlik həddi min 6 MPа, istilik keçirmə əmsalı 0,41 Vt/m.oC.

3. BİNA DAXİLİ ŞPAKLYOVKALAR

Astar şpaklyovkalar


Normal hərarətli və normal rütubətli istismar şəraitində müxtəlif təyinatlı binaların daxilində quru yerlərdə divar və tavanların əyrilik və çatlaq olan yerlərinin yüksək keyfiyyətli suvaqlanmasında tətbiq olunur. Bəyaz rəngli şpatlyovka gips, fraksiyalara ayrılmış mineral dolduruçu və kimyəvi əlavələrin qarışığıdır. Qarışıqların fraksiyalarının maksimum həddi - 200 mkm, işləmək qabiliyyəti 1,6-1,8 saat, qatın qalınlığı 5 mm-dək, sıxılmada möhkəmlik həddi minimum 5 MPа, beton səthi ilə yapışmanın möhkəmlik həddi min 0,4 MPа, 1 mm-lik qatın sərfi isə 1 kq/m2.

Üzlük şpaklyovkalar


Normal hərarətli və normal rütubətli istismar şəraitində müxtəlif təyinatlı binaların daxilində quru yerlərdə divar və tavanların əyriliyinin keyfiyyətli hamarlanmasında, həmçinin alçıpan lövhələrin birləşmə yerlərinin doldurulmasında, səthlərin rənglənməsində və divar kağızının yapışdırmasında yekun üzləmə üçün istifadə olunur. Bəyaz rəngli şpatlyovka gips, fraksiyalara ayrılmış mineral dolduruçu və kimyəvi əlavələrin qarışığıdır. Qarışıqların fraksiyala- rının maksimum həddi - 100 mkm, işləmək qabiliyyəti 1,8-2,0 saat, qatın qalınlığı 5 mm-dək, sıxılmada möhkəmlik həddi min 5 MPа, beton səthi ilə yapışmanın möhkəmlik həddi min 0,5 MPа, 1 mm-lik qatın sərfi isə 0,8-1 kq/m2

4. NƏM YERLƏR VƏ FASAD ŞPAKLYOVKALARI

Astar şpaklyovkalar


İstismar şəraitindən asılı olmayaraq müxtəlif təyinatlı binaların daxilində quru və nəm olan yerlərdə (mətbəx, tualet, vanna otağı, pilləkən qəfəsləri, zirzəmilər, xarici mühafizə divarları və s.) və xaricində divar və tavanların əyrilik və çatlaq olan yerlərinin yüksək keyfiyyətli suvaqlanmasında tətbiq olunur. Şpatlyovka sement, fraksiyalara ayrılmış mineral dolduruçu (mərmər tozu və perlit) və kimyəvi əlavələrin qarışığıdır. Qarışıqların fraksiyalarının maksimum həddi - 300 mkm, işləmək qabiliyyəti 2-4 saat, sıxılmada möhkəmlik həddi min 10 MPа, qatın qalınlığı – maksimum 5 mm, 1 mm-lik qatın sərfi isə 1-1,2 kq/m2.

Üzlük şpaklyovkalar


İstismar şəraitindən asılı olmayaraq müxtəlif təyinatlı binaların daxilində quru və nəm olan yerlərdə (mətbəx, tualet, vanna otağı, pilləkən qəfəsləri, zirzəmilər, xarici mühafizə divarları və s.) və xaricində divar və tavanların əyriliyinin hamarlanmasında, səthlərin rənglənməsində və divar kağızının yapışdırmasında yüksək keyfiyyətli yekun üzləmə üçün istifadə olunur. Şpatlyovka sement, fraksiyalara ayrılmış mineral dolduruçu və kimyəvi əlavələrin qarışığıdır. Qarışıqların fraksiyalarının maksimum həddi - 100 mkm, işləmək qabiliyyəti 2-4 saat, sıxılmada möhkəmlik həddi min 8 MPа, qatın qalınlığı – maksimum 3 mm, 1 mm-lik qatın sərfi isə 1-1,2 kq/m2.

5. ÖZÜ YAYILAN DÖŞƏMƏ


Döşəmənin üfüqi səviyyəsini əldə etmək üçün tətbiq olunur. Tövsiyə olunan qalınlıq həddi 10 mm-dən до 100 mm-ə dəkdir. İşlər divarın girişindən ən uzaq məsafədə olan ona paralel zolaqlarla yerinə yetirilir. Bu zaman hər bir növbəti zolağı digərinin üzərinə 10 sm-ə qədər keçirmək lazımdır. Birləşmə yerləri yelpik formalı daraqla işlənilir. Keramit və daş plitələri bir sutkadan, digər örtükləri isə üç sutkadan az olmayaraq quraşdırmaq olar. Boz rəngli yapışdırıcı sement, fraksiyalara ayrılmış mineral doldurucu və kimyəvi əlavələrin qarışığıdır. Doldurucuların maksimum fraksiyası – 2,5-4 mm, işləmək qabiliyyəti 1 saat, 1 mm qalınlıqda olan örtüyün sərfi - 1,5-1,6 kq/m2, sıxılmaya möhkəmlik həddi – 20 MPa, sürtülüb yeyilməsi – 0,2 q/sm2.