Minera Beton

B7,5 / B12,5 / B15 / B20 / B22,5 / B25 / B30 / B35 markalı "Minera" betonu yüksək markalı sementdən hazırlanır. Beton müəyyən edilmiş nisbətdə qum, çınqıl, sement və su qarışığından hazırlanır. Beton dəmir armaturlarla birlikdə töküləndə dəmir-beton məmulatı adlanır. Çatdırılma və pompa ilə təmin olunma şirkətimizə aiddir.


Beton tikintilərin üstünlükləri


Beton 28 gün ərzində öz möhkəmliyinin əsas hissəsini artıq əldə edir. 1000 dərəcəyə qədər istiyə davamlılığı var. Materiallarını tədarük etmək asandır və hər yerdə tapılırlar. Formalaşdırılması çox asandır və qəlib ilə hər cür formaya gətirmək olar. Dəmir-beton konstruksiyası ağırlığa davamlıdır, yük götürmə qabiliyyəti yüksəkdir. Beton qarışığı, beton tökülən zaman normal vibrasiya olunarsa bu xüsusiyyət betonda dahada yüksələr.