Evrika Liseyi

  • Home
  • /
  • Evrika Liseyi

Təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla onun siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir.

Ofeliya Muradova, Evrika Liseyinin Direktoru

Evrika liseyi  – milli –mənəvi dəyərləri, vətənpərvərlik hissini,bilik və bacarıqları özündə birləşdirən, dünyagörüşünü formalaşdıran, şəxsiyyətyönümlü və fərdi yanaşma təhsilini özündə cəmləşdirən, şagirdləri gələcəyin peşəkarları kimi yalnız Azərbaycan Respublikasında deyil, dünya arenasına hazırlayan özəl təhsil ocağıdır.

Lisey ibtidai siniflər və 5-11-ci siniflər  üçün iki korpusdan ibarətdir.

Liseyin  münbit təlim şəraiti, geniş və zəngin kitabxana,sosial bilikləri formalaşdırmaqda  rəsm,musiqi,şahmat,İKT otaqları,idman zalları,üzgüçülük üçün hovuz və akt zalı, tibb otağı, yeməkxana,yüksək keyfiyyətli avadanlıqlarla,ağıllı lövhələrlə  və online izləmə kameraları ilə təchiz olunmuş sinif otaqları sadalanan bütün bu keyfiyyətləri özündə cəmləşdirmək və inkişaf etdirmək üçün şagirdlərin ixtiyarına verilmişdir.

previous arrow
next arrow
previous arrownext arrow
Slider