Minera Group
PARLAQ GƏLƏCƏK QURURUQ
SAHİBKARLARA DƏSTƏK
Ulu Öndər Heydər Əliyev
SABİTLİYİN ARXASINDA DURAN DƏSTƏK
Azərbaycanın formalaşdırdığı iqtisadi və hüquqi mühit təsadüfi deyil. Bu, idarə olunan inkişafın nəticəsidir. Sahibkarlığın dəstəklənməsi burada sistemli dövlət qərarıdır.
Cənab İlham Əliyev
QARABAĞA GERİ DÖNÜŞ
Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi və milli ləyaqətimizi bərpa etdik. Sahibkara dəstək əsas prioritetdir.
1-ci Vitse-Prezident
Mehriban Əliyeva
Milli Müstəqil Dövlətimizin inkşafına böyük töhfələr verən ictma-siyasi xadim
Bəli, həqiqətən tariximizin bütün mərhələlərində Azərbaycan qadının adı böyük şərəflə keçir. O, qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq öz adını tariximizin ayrı-ayrı səhifələriniə yazdlra bilmişdir.
30 İLİN AYNASI
1996-cı ildə Minera cəmi dörd nəfərlə və bir konteynerdə fəaliyyətə başladı. Bu gün isə müxtəlif istiqamətləri, layihələri və peşəkar komandaları birləşdirən Minera Group formalaşıb.
Bu yolun əsas göstəricisi yalnız böyümə deyil. Əsas göstərici illər ərzində qazanılmış etibar, formalaşmış komanda və yaradılmış dəyərdir.
30 il ərzində dəyişən yalnız layihələrimiz oldu. Dəyərlərimiz isə dəyişmədi.
Peşəkarlıq. Keyfiyyət. Etibarlılıq.
FƏALİYYƏT SAHƏLƏRİ
Tikinti və təmir
Minera Group yol tikintisi, avtomagistrallar, tunel və keçidlər üzrə geniş layihələrin icrasında zəngin təcrübəyə malikdir.
Memarlıq və dizayn
Memarlıq bizim üçün məkanın insan həyatına təsirini düşünməkdir. Layihələrdə funksionallıq və estetik balans əsas tutulur.
Yaşayış layihələri
Minera-nın yaşayış layihələri insanlara yalnız fiziki məkan deyil, gündəlik həyat üçün düşünülmüş müasir mühit təqdim edir.
Havalandırma
Minera Group sənaye, kommersiya və yaşayış obyektləri üçün müasir havalandırma, mərkəzləşdirilmiş isitmə və soyutma (HVAC) sistemlərinin layihələndirilməsi, peşəkar quraşdırılması və texniki xidməti üzrə zəngin təcrübəyə malikdir.
Consulting
Minera Group şirkətlər və fərdlər üçün geniş miqyaslı korporativ hüquq xidmətləri, müqavilələrin tərtibi, məhkəmə mübahisələrinin həlli və kompleks hüquqi məsləhətlərin verilməsi üzrə peşəkar komandaya və zəngin təcrübəyə malikdir.
Tikinti materialları
Minera Profil və Plast sektora uyğun məhsulların istehsalı ilə məşğuldur. Keyfiyyət və davamlılıq əsas prinsiplərimizdəndir.
Təhsil
Evrika Təhsil Ekosistemi vasitəsilə uşaqların və gənclərin bilik, yaradıcılıq və liderlik potensialının inkişafına дәstək oluruq.
SƏSSİZLİKLƏ
QAZANILMIŞ ETİBAR
Etibar bir gündə yaranmır. O, illərlə verilən sözlərin arxasında dayanmaq, görülən işə məsuliyyətlə yanaşmaq və hər dəfə keyfiyyəti nəticə ilə sübut etməklə qazanılır.
Minera Group üçün peşəkarlıq yalnız standart deyil, iş mədəniyyətidir. Hər layihədə keyfiyyət, təhlükəsizlik, dəqiqlik və müştəri məmnuniyyəti eyni məsuliyyətlə qorunur. İnsan kapitalına, müasir texnologiyalara və davamlı inkişafa verilən önəm isə bu yanaşmanı daha da gücləndirir.
Çünki bizim üçün ən böyük göstərici gördüyümüz iş haqqında nə söylədiyimiz deyil, arxamızda qoyduğumuz nəticə və qazandığımız etibardır.
Davamlı İnkişaf Və Böyük Gələcək
Minera Group Azərbaycanın irimiqyaslı yol, tunel və yaşayış kompleksləri layihələrində keyfiyyətlə addımlamağa davam edir.
Xudaqulu Rzayev
Minera Group Təsisçisi