İlk DƏSTƏKÇİLƏR
Minera MMC 1996-cı ildə cəmi 4 nəfərlə, bir konteynerdə fəaliyyətə başladı. Böyük ofis və geniş komanda yox idi. Yalnız böyük məqsəd, zəhmət və inam var idi. Şirkətin təməlini qoyan ilk 4 nəfər bu gün də Minera-nın dəyərlərinin əsasını təşkil edir. Mehriuban xanım: "Biz sıfırdan başladıq, amma heç vaxt kçk düşünmədk. Böyük yollar kiçik addımlarla başlayır."
Arzu Məmmədov: "Etibar və birlik biz bu günə gətirib çıxardı." Səfər Qulyev: "Keyfiyyətdən güzəştə getmədk, sözümüzə sadiq qaldıq." Həsən Qurbətov: "Heç vaxt 'olmaz' demədik. Dedik ki, edərik və etdik."
İllər keçdikcə Minera kiçik layihələrdən ölkənin mühüm infrastruktur işlərinə qədər inkişaf etdi. Tikinti, əsaslı təmir, avtomagistrallar, tunel və keçidlər, memarlıq, dizayn və tikinti materiallarının istehsalı şirkətin əsas fəaliyyət istiqamətlərinə çevrildi.
Bu inkişafda Xudu Məllimin xüsusi rolu oldu. Onun rəhbərliyi ilə işçi hüquqları, əmək təhlükəsizliyi və etibarlı iş mühiti Minera-nın dəyişməz prinsiplərinə çevrildi. "İşçi olmadan istehsal yoxdur" yanaşması şirkətin korporativ mədəniyyətini formalaşdırdı.
Bu gün Minera MMC həyata keçirdiyi layihələrlə yanaşı, keçdiyi inkişaf yolu ilə də seçilir. Bir konteynerdən başlayan bu hekayə əzmkarlığın, etibarın və davamlı inkişafın nəticəsidir. İlk 4 nəfərin qoyduğu təməl və bütün kollektivin zəhməti sayəsində "Hardan hara" prinsipi Minera-nın ən real uğur hekayəsinə çevrilmişdir.