Müasir texnologiya, dəqiq istehsal, etibarlı keyfiyyət
2013-cü ildən etibarən fəaliyyət göstərən Minera Plast müxtəlif növ plastik məhsulların istehsalı sahəsində ixtisaslaşmışdır. Şirkət tikinti sektoru başda olmaqla, sənaye və digər sahələrdə geniş istifadə olunan yüksək keyfiyyətli plastik məmulatların istehsalı ilə məşğuldur.
Minera Plast istehsal prosesində müasir texnologiyalardan və keyfiyyət standartlarından istifadə edərək, davamlı, funksional və etibarlı məhsullar təqdim edir. Müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edən şirkət, sifarişlər əsasında məhsulların rəng və ölçü parametrlərini müştərilərin tələblərinə uyğun şəkildə fərdiləşdirir və vaxtında təhvil verir.
Keyfiyyətə nəzarət, çevik istehsal imkanları və peşəkar yanaşma sayəsində Minera Plast etibarlı tərəfdaş kimi bazarda mövqeyini daim gücləndirir.
Yüksək keyfiyyətli alçipan və PVC profilləri
Minera Profil, Minera Şirkətlər Qrupunun bir bölməsi olaraq, alçipan və PVC profilləri, həmçinin bu məhsullara aid aksesuarların istehsalı və satışı ilə məşğuldur. Şirkət məhsullarını AZS və TSE standartlarına uyğun, ISO keyfiyyət sertifikatları əsasında təqdim edir.
Minera Profil 2008-ci ildə “Baytaş-Bakı” ilə birgə təsis olunmuş və qısa müddətdə yerli bazarda tanınan istehsalçıya çevrilmişdir. İstehsal prosesində istifadə olunan xammal əsasən Türkiyənin nüfuzlu şirkətləri olan Tatmetal, Tezcan, ASSAN və Qazaxıstanın ArcelorMittal şirkətlərindən gətirilir.
Məhsullar həm keyfiyyətinə, həm də davamlılığına görə tikinti sektorunda geniş tətbiq sahəsinə malikdir və müxtəlif layihələrdə etibarlı seçim kimi tanınır.
Alçipan Profilləri
PVC Profillər
Profil Aksesuarları
ISO və TSE Standartı
Təmiz hava, sağlam mühit və effektiv iqlim nəzarəti
Minera Group sənaye, kommersiya və yaşayış obyektləri üçün müasir havalandırma, mərkəzləşdirilmiş isitmə və soyutma (HVAC) sistemlərinin layihələndirilməsi, peşəkar quraşdırılması və texniki xidməti üzrə zəngin təcrübəyə malikdir.
Havalandırma Sistemləri
Mərkəzi Soyutma (Çiller)
İsitmə Sistemləri
Texniki Xidmət və Təmir