YENİDƏNQURMA DÖVRÜ VƏ MİNERA ŞİRKƏTİNİN QÜRURLU TÖHFƏSİ
Bu gün Qarabağda Prezident İlham Əliyevin liderliyi altında yeni bir inkişaf mərhələsi yaşanır. Azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma, müasir şəhərsalma, infrastruktur, sənaye və yaşayış layihələri həyata keçirilir. Qarabağ təkcə bərpa olunmur, o, Azərbaycanın ən müasir və ən inkişaf etmiş bölgələrindən birinə çevrilir.
Minera olaraq biz bu tarixi missiyanın bir parçası olmaqdan böyük qürur duyuruq. Şirkətimiz Qarabağda aparılan yenidənqurma işlərinə öz peşəkar potensialı, texniki imkanları və məsuliyyətli yanaşması ilə töhfə verir. Biz inanırıq ki, bu torpaqlarda qurulan hər yeni yol və bina gələcəyimizə atılan möhkəm addımdır.