DƏYƏR YARATMAQ. İZ QOYMAQ. GƏLƏCƏYİ QURMAQ.
Minera üçün hər bir layihə sadəcə görülən iş deyil — üzərimizə götürdüyümüz məsuliyyətin və verdiyimiz sözün nəticəsidir.
Missiyamız 30 il ərzində qazandığımız təcrübəni, peşəkarlığı və dərin sahə biliklərini müasir yanaşmalarla birləşdirərək uzunömürlü və real dəyər yaradan layihələr həyata keçirməkdir.
Bizim üçün təcrübə keçmişə bağlı qalmaq deyil, gələcəyi daha düzgün qurmaq üçün möhkəm təməldir. Buna görə də yenilikləri daim izləyir, müasir texnologiyaları və innovativ həlləri fəaliyyətimizə tətbiq edir, iş prinsiplərimizi zamanın tələblərinə uyğun təkmilləşdiririk.
Hər yeni il bizim üçün yalnız daha böyük layihələr deyil, daha yüksək standartlar, daha güclü komanda və daha müasir Minera deməkdir.
Dəyərlərimizin əsasında peşəkarlıq, dürüstlük, məsuliyyət, keyfiyyət, etibar və davamlı inkişaf dayanır.
Biz yalnız bu gün üçün deyil, illər sonra da dəyərini qoruyacaq işlər yaratmaq üçün çalışırıq.
Əsas fikir
Viziyonumuz
Minera-nı dəyişən dövrə uyğun inkişaf edən, etibarlılıq və keyfiyyəti ilə seçilən, yaratdığı dəyərlə gələcəyə təsir edən dayanıqlı bir şirkət kimi görürük. Məqsədimiz bu günün imkanlarını sabahın davamlı dəyərinə çevirmək və gələcək nəsillərə etibarlı bir irs qoymaqdır.
Missiyamız
Missiyamız strateji baxış, məsuliyyətli idarəetmə və peşəkar insan kapitalı üzərində qurulan davamlı inkişaf modeli yaratmaqdır. Həyata keçirdiyimiz hər layihədə keyfiyyəti qorumaq, etimadı möhkəmləndirmək və uzunmüddətli dəyər yaratmaq əsas prinsipimizdir.